Final mərhələsi

  KINGS Olimpiada Finalları

 

   

KINGS FINALI - seçmə mərhələsində 50% və ya daha yüksək bal toplamış şagirdlərin iştirak etməyə dəvət olunduğu ikinci mərhələdir.
Biliyinizi sübut edərək hədiyyələr qazanın!

 

 

1. İştirakınızı təsdiq edin

Finalda iştirak etmək üçün başqa bir yerdə qeydiyyatdan keçmədən hesab kodunuza uyğun olaraq iştirak haqqını ödəmək kifayətdir.
Olimpiadanın finallarındakı iştirak haqqı tapşırıqların hazırlanması, mükafat fondu, inzibati  və s. xərclərin ödənilməsi üçün nəzərdə tutulub.

2.Finalda iştirak 

KINGS final testlərini www.kings.az saytında şəxsi hesabınıza daxil olmaqla əldə edə bilərsiniz.
Final mərhələsi test və bir neçə açıq tipli tapşırıqlardan ibarətdir.Tapşırıqlar esse və ya sərbəst inşa, açıq suallar, riyaziyyat olimpiadasında – məsələnin həllinin izahı və yazılı formada cavabı şəklində ola bilər. Bütün tapşırıqların həlli üçün 40 dəqiqə vaxt verilir.
Final imtahanların necə keçiriləcəyi haqqında məlumat(link şəklində)

3. Performans şərtləri

Olimpiadanın finalda iştirakını təsdiqləmiş hər bir şagird 28 Oktyabr - 10 Noyabr tarixlərində veriləcək tapşırıqları istənilən vaxtda yerinə yetirə bilər.
Bu, imatahanlar onlayn formatında olduğundan, sizdən ciddi şəkildə xahiş edirik ki, köməkçi vasitələrdən və digər insanların köməyindən istifadə etməyəsiniz. Elmi inkişaf yolunda şəxsi biliklərinizi obyektiv qiymətləndirmək və bu istiqamətdə irəliləmək üçün özünüzə qarşı dürüst olmağınız son dərəcə vacibdir.

Final mərhələsində iştirak etmiş şagirdlər arasında nəticələr arasında eynilik yarandığı təqdirdə Yanvar ayında Superfinal mərhələsi təşkil olunacaqdır.

 4. Final Mərhələsinin Üstünlükləri:


Aktiv Sinif Sistemi: Bu sistem sayəsində Şagirdlər təkcə ölkə üzrə fərdi formada deyil, həm də məktəb daxilində də mükafat və diplom əldə edə biləcəklər. Belə ki, eyni fənn üzrə iştirak edən şagirdlər məktəb üzrə qalib gələrək müxtəlif hədiyyələr qazanacaq! 

Olimpiadanın gedişatının tamamilə şəffaf keçirilməsini təmin etmək üçün ekran görüntüsü diqqətlə qeydə alınacaq və hər hansı bir uyğunsuzluq aşkarlanarsa şagird imtahandan kənarlaşdırılacaq;

qoşula biləcək.5 şagird mərhələsinə hər fənn və sinif üzrə ən yüksək bal toplayan Super Final 2024 Payız Sessiyasında