Beynəlxalq Yarış əvvəlcədən hazırlanan cədvəl əsasında təşkil ediləcək. Imtahan online formatda ZOOM proqramı vasitəsilə kamera və səs görüntüsü açıq şəkildə nəzarət altında keçiriləcək.
Beynəlxalq Yarış: Kvalifikasiya Mərhələsi Cədvəli
Azərbaycanın ən yaxşı Şagirdləri Beynəlxalq Çempionatda iştirak etmək üçün haqq qazanacaq. Yarışda şagirdlər aşağıdakı fənlər üzrə mübarizə aparacaq:
KINGS Olimpiadası Administratorları sizin doldurduğunuz Anket sorğusunu incələyəcək. Bundan sonra iştirakınızı təsdiqləmək üçün Anket sorğusunda qeyd etdiyiniz əlaqə nömrəsi ilə sizinlə əlaqə saxlayacaq.
Çempionat necə keçiriləcək?
Təyin edilən tarixdə iştirakçılar müəyyən edilmiş vaxtdan 15 dəqiqə əvvəl ZOOM proqramına daxil olmalıdır. ZOOM proqramına daxil olarkən öz ad, soyad və İD-lərini qeyd etməlidirlər.
Testlər online formada, şagirdin öz profilin üzərində daxil olaraq işləməlidir. Şagirdlərin imtahandan əvvəl öz İD və şifrələrini bilmələri mütləqdir.
Testləri işləmək üçün 1 saat vaxt veriləcək.
Testləri tamamladıqdan sonra nəzarətçiyə testin tamamlandığına dair məlumat verilir.
Yuxarıda göstərilən qaydalarla tanış olun və hər hansı çətinliyiniz olduğu halda imtahandan 1 gün öncə bizimlə əlaqə saxlayın. İmtahan zamanı gedişata maneə olduğuna görə şifrə dəyişimi, İD xatırlatması və ya ZOOM proqramı ilə bağlı hər hansı köməklik göstərilmir.
İmtahanda iştirak edən hər kəs “Beynəlxalq Çempionat Qaydaları” ilə razılaşmış hesab edilir və məsuliyyət daşıyır.
Təşkilatçılar iştirakçıların səhvinə görə baş vermiş problemlərə görə cavabdeh deyil.
Bütün iştirakçılar öz adları olan sertifikat əldə edəcəklər. Çempionat bitdikdən sonra bunu saytımıza əlavə edə bilərlər.
Kvalifikasiya mərhələsində iştirak üçün iştirak haqqı müəyyən edilir ki, bu da inzibati xərcləri, tapşırıqların hazırlanmasını, mükafatları və digər xərcləri ödəmək üçün nəzərdə tutulub.
İkinci Mərhələ
Beynəlxalq Çempionatın Finalı
Kvalifikasiya mərhələsinin qalibləri Beynəlxalq Çempionatda ölkələrini təmsil edən komandanın üzvü olacaq. Çempionat 13 İyul tarixində Azərbaycan, Bolqarıstan, Litva və Hindistan arasında keçiriləcək.
Hər bir ölkə kvalifikasiya mərhələsində Beynəlxalq Çempionatın Finalında iştirak edəcək şagirdləri seçəcək. Bu mərhələnin bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq.
Kubok ilə Beynəlxalq Diplom Qazanmağın Tam Vaxtıdır!
Bütün iştirakçılara uğurlar arzu edirik! Ən yaxşı olan qazansın!
Vacib tarixlər:
Tezliklə!
Beynəlxalq Çempionatının Kvalifikasiya Mərhələsində iştirak üçün Müraciət Et!